Bütün xəbərlər
Medvedev Mayamidə keçirilən turnirin yarımfinalında Xaçanovu məğlub edib
Tarix: 31-03-2023 20:07 | Bölmə: Karusel



Rusiyalı tennisçi Daniil Medvedev Mayamidə keçirilən Masters seriyalı turnirinin ilk finalçısı olub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, gərgin keçən yarımfinal görüşündə o, həmyerlisi Karen Xaçanovu məğlub edib.
İlk set son dərəcə inadkar oldu. Yalnız tay-brekdə Daniil rəqibin müqavimətini qıra bilib - 7:6 (7:5). İkinci oyun Xaçanovun xeyrinə qalıb - 6:3.
Final setində Medvedev 2:1 hesabı ilə öz xeyrinə Xaçanovun xidmətini ala bildi. Bu, matçda dönüş nöqtəsi oldu. Karen fasilə verə bilmədi. Üçüncü oyun 6:3 hesabı ilə Medvedevin xeyrinə başa çatıb.
Rusiyalı tennisçinin finaldakı rəqibi ispan Karlos Alkarasla italiyalı Yannik Sinner arasında keçiriləcək oyunda müəyyənləşəcək. Onların görüşü aprelin 1-də baş tutacaq.




Baxış sayı: 121


Bölməyə aid digər xəbərlər