Bütün xəbərlər
44 minə yaxın rus məktəbi internetə qoşulub
Tarix: 31-03-2023 19:17 | Bölmə: Karusel


Rusiya məktəblərində müasir şəbəkə infrastrukturu qurulub, ölkə üzrə 44,5 minə yaxın təhsil müəssisəsi internetə qoşulub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə cümə günü Rusiya Federasiyası Rəqəmsal İnkişaf Nazirliyinin rəhbəri Maksut Şadayev məlumat verib.
Onun sözlərinə görə, cəmi 684 məktəb peykdən istifadəni davam etdirir ki, bu da ümumi sayının 1,5%-ni təşkil edir.
Simsiz Wi-Fi şəbəkələri bütün Rusiya üzrə məktəblərin 20%-də yerləşdirilib və qoşulub, 8 regionda bu işlər tam yekunlaşıb. Lakin bu proqramın davam etdirilməsi üçün hələ də vəsait ayrılmayıb, - Şadayev bildirib. “Ancaq çox güman ki, biz pul tapacağıq və bu işi diqqətlə davam etdirəcəyik”, o əlavə edib.
Daha əvvəl bildirilmişdi ki, hər gün orta hesabla 95 milyon rusiyalı internetə qoşulur. Mediascope-un məlumatına görə, istifadəçilər adətən Ümumdünya İnternet şəbəkəsində təxminən dörd saat vaxt keçirirlər.



Baxış sayı: 118


Bölməyə aid digər xəbərlər