Bütün xəbərlər
Olimpiya çempionu Reztsova infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilib
Tarix: 28-03-2023 22:02 | Bölmə: Karusel


Üçqat Olimpiya çempionu Anfisa Reztsova infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, xəstəxanadadır.
Bu barədə Reztsovanın özü məlumat verib: "Mən xəstəxanadayam, hamısı damcı ilə. Artıq bir həftədir ki, məni müalicə edirlər, günlərdir ki, arabada ora-bura gəzirlər", - RİA Novosti onun sözlərini sitat gətirib.
"Evdə belə oldu. Qəfil huşumu itirdim, məlum oldu ki, infarkt keçirmişəm. Amma hələ qocalmamışam, bütün həyatım qabaqdadır".
Xatırladaq ki, Reztsova Olimpiya Oyunlarında iki müxtəlif idman növündə üç qələbə qazanmışdı: bir dəfə xizək sürmə üzrə çempion oldu, daha iki dəfə isə biatlonda.


Baxış sayı: 76


Bölməyə aid digər xəbərlər