Bütün xəbərlər
300 milyon insan işsiz qala bilər
Tarix: 28-03-2023 21:56 | Bölmə: Karusel


Süni intellekt sahəsində xidmətlər və tətbiqlər 300 milyon insanı işsiz qoya bilər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Amerikanın Goldman Sachs bankının hesabatına istinadən CNBC məlumat yayıb.
Bank ABŞ və Avropada iş yerlərinin üçdə ikisinin avtomatlaşdırıla biləcəyi təhlilini aparıb. Ekspertlər hesab edirlər ki, yaxın gələcəkdə əmək bazarlarında qlobal dəyişikliklərin baş verməsi ehtimalı var.
Goldman Sachs-ın analitikləri hesab edirlər ki, süni intellekt ən çox ofis və inzibati vəzifələrdə çalışan işçilərə təsir edə bilər. Onların ardınca memarlıq və mühəndislik sahəsində hüquq ixtisasları və peşələri gəlir.
Daha əvvəl bildirilmişdi ki, Moskva səhiyyə sektorunda süni intellektin tətbiqi üzrə lider mövqe tutur.


Baxış sayı: 96


Bölməyə aid digər xəbərlər