Bütün xəbərlər
ABŞ-da 4245 nəfər öldürülüb
Tarix: 28-03-2023 13:21 | Bölmə: Karusel

2023-cü ilin əvvəlindən ABŞ-da 131 kütləvi atışma olub, onlardan 13-ü qətliamlara səbəb olub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Silah Zorakılığı Arxivi QHT-nin məlumatları sübut edir.
Həmin dövrdə odlu silahdan istifadə edilən hücumlarda 59-u 12 yaşadək uşaq olmaqla 4245 nəfər həlak olub, 7487 nəfər yaralanıb.
Qeyd olunur ki, 2022-ci ildə ABŞ-da kütləvi atışmaların sayı 647 olub.
Bir gün əvvəl Neşvildə xristian ibtidai məktəbinə silahlı hücum edilib, nəticədə 6 nəfər - 3-ü 9 yaşlı uşaq və 60 yaşdan yuxarı 3 böyük ölüb. Polisin məlumatına görə, təhsil müəssisəsinə hücumu atışma zamanı məhv edilən 28 yaşlı transseksual qadın həyata keçirib.


Baxış sayı: 81


Bölməyə aid digər xəbərlər