Bütün xəbərlər
İnquşetiyada DPS postuna atəş açılıb
Tarix: 28-03-2023 10:04 | Bölmə: Karusel

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Respublikanın Nazran rayonunda naməlum şəxslər stasionar yol polisi postuna basqın ediblər.
"Təxminən gecə yarısı naməlum şəxslər, ehtimal ki, avtomat silahdan İnquşetiyanın Nazranovski rayonunun Kantışevo kəndi yaxınlığında yerləşən "Volqa-14" postunu atəşə tutublar", - deyə respublikanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, atəş nəticəsində daxili işlər orqanlarının xidməti vəzifəsini yerinə yetirən əməkdaşı yaralanıb.


Baxış sayı: 77


Bölməyə aid digər xəbərlər