Bütün xəbərlər
Potapova - Mayamidə WTA 1000 turnirinin 1/4 finalında
Tarix: 27-03-2023 23:34 | Bölmə: Karusel


ABŞ-ın Mayami şəhərində keçirilən WTA 1000 kateqoriyalı tennis turnirinin ikinci 1/4 finalçısı müəyyənləşib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, dünyanın 26-cı raketkəsi rusiyalı Anastasiya Potapova olub.
Dördüncü raund görüşündə o, WTA dünya reytinqində 23-cü olan çinli Zheng Qinwen üzərində qələbə qazanıb. Potapova çinli rəqibini iki setdə məğlub edib. Yekun hesab 6:4, 7:6 (7:4). Tennisçilər kortda 1 saat 41 dəqiqə vaxt keçiriblər.
Yarımfinalda yer almaq üçün Potapova Jessica Pegula (ABŞ) - Magda Linett (Polşa) cütünün qalibi ilə oynayacaq. Onların görüşü də bazar ertəsi axşam baş tutacaq.


Baxış sayı: 83


Bölməyə aid digər xəbərlər