Bütün xəbərlər
Dani Alves fırıldaqçılıq planlarında şübhəli bilinir
Tarix: 26-03-2023 23:10 | Bölmə: Karusel


Dünyanın ən titullu futbolçusu, zorlamada şübhəli bilinərək saxlanılan Dani Alves həbsxanada saxtakarlıq sxemləri ilə məşğuldur.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, öz avtoqrafı olan köynəkləri müxtəlif mallara alver edir.
Metropolun məlumatına görə, Alves siqaret paylama sxeminin iştirakçılarından biridir. Həbsxana işçiləri transfer olaraq "Barselona"nın köynəklərini gətirməyə başladıqlarını görüblər. Braziliyalı onları toplayır, sonra avtoqrafla sahiblərinə qaytarır.
Bunun müqabilində isə görkəmli futbolçuya müxtəlif mallar, daha çox siqaret şəklində pul ödəyir. Bununla bağlı qurumda daxili araşdırmaya başlanılıb. Alvesin sxemdə iştirakına dair sübutlar olduğu halda, o, yeni ittihamla ittiham oluna bilər.
Xatırladaq ki, Alves 2023-cü ilin yanvarından həbsdədir. O, qıza qarşı zorakılıq hərəkətlərində şübhəli bilinir. Hadisə Kataloniyanın paytaxtında gecə klubunda baş verib.


Baxış sayı: 83


Bölməyə aid digər xəbərlər