Bütün xəbərlər
Hamilton F1-də "yenə qalib gələcəyini" deyir
Tarix: 26-03-2023 22:30 | Bölmə: Karusel


"Formula 1"-in yeddiqat çempionu Lyuis Hamilton titul uğrunda mübarizəyə qayıdacağını açıqlayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, amma bunun zaman alacağını qeyd edib.
"Yenidən qalib gəlməyə başlayacağam, sadəcə vaxt aparacaq" deyən, o, "Daily Express"-ə bildirib: "Bəli, 2021-ci il mövsümü bitdikdən sonra biz növbəti mövsümdə çempionluq uğrunda mübarizəmizi davam etdirəcəyimizə inanırdıq. Amma siz heç vaxt nə olacağını bilmirsiniz."
"Həyatda ən az gözləmədiyimiz şeylər baş verir. Amma bu, onunla necə davranmağınız və yaranan problemləri həll etməyə davam etməyinizlə bağlıdır. Mənim enerjim məhz buna yönəlib. Komandada olan hər bir insanın diqqəti məhz buna yönəlib."
Xatırladaq ki, cari mövsümün iki mərhələsindən sonra Hamilton Formula 1-in şəxsi sıralamasında beşinci yerdədir. "Mercedes" konstruktorlar çempionatında üçüncüdür.


Baxış sayı: 83


Bölməyə aid digər xəbərlər