Bütün xəbərlər
Ukrayna hərbçiləri daha bir “Bayraktar”ı itirdi
Tarix: 25-03-2023 23:22 | Bölmə: Karusel


Rusiya hərbçiləri Ukrayna silahlı qüvvələrinə məxsus daha bir “Bayraktar” pilotsuz təyyarəsini vurub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ümumilikdə son sutka ərzində düşmənin 11 pilotsuz uçan aparatı məhv edilib.
Bundan əlavə, Rusiya ordusunun hava hücumundan müdafiəsi HIMARS və Vilkha komplekslərinin 6 sursatını, bir HARM anti-radar raketini vurub.
Müdafiə Nazirliyi həmçinin iki D-30 haubitsasının, bir D-20 və bir özüyeriyən “Qvozdika”nın da məhv edildiyini bildirir.
Son sutka ərzində Ukrayna Silahlı Qüvvələri bütün istiqamətlərdə 400-ə yaxın yaraqlısını itirib.
Xüsusi əməliyyat başlayandan Rusiya hərbçiləri 404 təyyarə, 224 helikopter, 3573 pilotsuz uçan aparat, 8399 zirehli texnika və 4428 artilleriya qurğusunu məhv edib.


Baxış sayı: 71


Bölməyə aid digər xəbərlər