Bütün xəbərlər
Rusiya millisinin İranla oyun üçün heyəti açıqlanıb
Tarix: 23-03-2023 20:06 | Bölmə: Karusel


Yoldaşlıq oyunu çərçivəsində futbol üzrə Rusiya yığması İran yığması ilə qarşılaşacaq.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, məşqçilər korpusu qarşıdakı oyun üçün start heyətini müəyyənləşdirib.
İlk dəqiqələrdən rusların heyətində Safonov, Karavaev, Litvinov, Osipenko, Xluseviç, Kuzyaev (k), Qlebov, Mirançuk, Zaxaryan, Komliçenko və Zinkovski olacaq.
Ehtiyat oyunçular: Pomazun, Pesyakov, Selixov, Oblyakov, Denisov, Pinyaev, Barinov, Prutsev, Axmetov, Silyanov, Sobolev, Soldatenkov, Tyukavin, Fomin.
Görüş Tehranda, 78 min tamaşaçı tutumuna malik Azadi stadionunun meydançasında keçiriləcək. Başlanğıc Moskva vaxtı ilə saat 20:00-dadır.
Qarşılaşmanı İlgiz Tantaşevin rəhbərlik etdiyi Özbəkistandan olan hakimlər briqadası idarə edəcək, ona həmyerliləri Timur Qaynullin və Andrey Tsapenko kömək edəcək, ehtiyat hakim iranlı Əmir Ərəbdir.
Xatırladaq ki, ruslar sonuncu dəfə 2017-ci ildə iranlılarla qarşılaşıb, o zaman oyun heç-heçə başa çatıb - 1:1. Qolları Serdar Azmun və Dmitri Poloz vurub.


Baxış sayı: 89


Bölməyə aid digər xəbərlər