Bütün xəbərlər
IIHF Rusiya milli xokkey komandasının fəaliyyətini dayandırıb
Tarix: 22-03-2023 23:28 | Bölmə: Karusel


Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Beynəlxalq Buzlu Xokkey Federasiyası (IIHF) Rusiya və Belarus milli komandalarına qarşı sanksiyaların uzadılması barədə rəsmi açıqlama yayıb.
Təşkilatdan verilən açıqlamada deyilir: “Risklərin ətraflı qiymətləndirilməsi əsasında IIHF Şurası Rusiya və Belarusun IIHF yarışına qayıtmasının hələlik təhlükəsiz olmadığını müəyyən edib.” Qarşıdan gələn 2023/2024 mövsümü də Rusiya və Belarusiyasız baş tutacaq”.
Xatırladaq ki, 2022-ci ilin martında IIHF Ukrayna ərazisində xüsusi əməliyyat keçirdiyinə görə və Beynəlxalq Olimpiya Komitəsinin tövsiyələrinə əsasən Rusiya və Belarusu bütün beynəlxalq turnirlərdən kənarlaşdırıb.
Bundan başqa, Rusiya 2023-cü ildə Sankt-Peterburqda, 2023-cü ildə isə Novosibirsk və Omskda gənclər arasında dünya çempionatına ev sahibliyi etmək hüququndan məhrum edilib.
Rusiyalı xokkeyçilər sanksiyalara görə artıq Finlandiyada keçiriləcək 2022-ci il dünya çempionatını buraxıb, Tampere və Riqada keçiriləcək dünya çempionatını buraxacaq, 2024-cü ildə Çexiyada keçiriləcək dünya çempionatında iştirak etməyəcəklər.


Baxış sayı: 91


Bölməyə aid digər xəbərlər