Bütün xəbərlər
İsveç parlamentariləri ölkənin NATO-ya üzvlüyünə səs veriblər
Tarix: 22-03-2023 21:11 | Bölmə: Karusel


İsveç parlamenti ölkənin Şimali Atlantika Alyansına daxil olmasına səs verib - 269 parlamentari bu qərarı dəstəkləyib, 37-si əleyhinə çıxıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, lakin martın 20-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, İsveç terrorla mübarizədə müəyyən addımlar alsa da, bunlar kifayət deyil. Finlandiyaya gəlincə, bu ölkənin NATO-ya qəbulu ilə bağlı protokol Türkiyə parlamentinə göndərilib.
Xatırladaq ki, 2022-ci ilin iyununda Ankaranın tələbi ilə Helsinki və Stokholm terror təşkilatlarına, xüsusən də PKK-ya dəstək verməyəcəkləri ilə bağlı memorandum imzalamışdı. Yalnız bu halda Türkiyə bu iki ölkənin alyansa daxil olmasına dəstək verəcəyini vəd edib.


Baxış sayı: 94


Bölməyə aid digər xəbərlər