Bütün xəbərlər
Aktyor Piter Hardi Avstraliyada boğularaq ölüb
Tarix: 21-03-2023 17:05 | Bölmə: Karusel


Aktyor Piter Hardi 66 yaşında vəfat edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, kədərli xəbər Deadline-dən gəlir.
Avstraliyanın Fremantl şəhərində akvalansda dalış zamanı ölüm hadisəsi baş verib. Nəşrin məlumatına görə, aktyor snorkeling turuna çıxıb və boğularaq ölüb.
Təcili yardım gələnə qədər sahildə huşunu itirmiş Hardini reanimasiya etməyə çalışsalar da, nəticəsiz qalıb.
Sənətkarın filmoqrafiyasına 40-dan çox tammetrajlı film və serial daxildir. Onlardan ən məşhurları “Makleodun qızları”, “Qonşular” serialları, “Stringerlər”, “İçəriyə baxış” kriminal dramlarıdır. Bundan əlavə, Piter Hardi Avstraliya istehsalı olan Mamma Mia! da rol alıb.


Baxış sayı: 91


Bölməyə aid digər xəbərlər