Bütün xəbərlər
Ukrayna Norveçin "Leopard 2" tanklarını aldı
Tarix: 20-03-2023 23:53 | Bölmə: Karusel


Ukrayna artıq Norveçin "Leopard 2" tanklarını alıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Norveç Müdafiə Nazirliyi məlumat yayıb.
Agentlik öz Twitter səhifəsində qeyd edib ki, hazırda ukraynalı kadrlar hazırlanır. Yazı "An" hərbi nəqliyyat təyyarəsini tərk edən tankın fotosu ilə müşayiət olunur.
Norveçin müdafiə naziri bir müddət əvvəl ölkənin Ukraynaya "Leopard" tankları göndərəcəyini açıqlamışdı. Onların sayı dəqiqləşdirilməyib.
Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri Almaniyada təlim prosesini başa vurublar.


Baxış sayı: 82


Bölməyə aid digər xəbərlər