Bütün xəbərlər
Kalininqrad vilayətinin qubernatoru "iPhone"-dən imtina edib
Tarix: 20-03-2023 23:49 | Bölmə: Karusel


Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Kalininqrad vilayətinin qubernatoru Anton Andreeviç "iPhone"-dən istifadəni dayandırıb.
Regional hökumətin mətbuat xidmətinin rəhbəri Dmitri Lıskov RİA Novosti-yə bildirib ki, "Anton Andreyeviç artıq "Samsung"a keçib. Onun "iPhone" smartfonuna nə baş verdiyi məlum deyil".
Daha əvvəl “Kommersant” qəzeti mənbələrə istinadən yazıb ki, guya Rusiya prezidenti administrasiyasının əməkdaşları üçün “Apple” mobil telefonlarından istifadəyə qadağa tətbiq edilib.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bu məlumatı şərh edərkən bildirib ki, Rusiya rəsmilərinə "iPhone"-dən şəxsi məqsədlər üçün istifadə etmək qadağan edilməyib.
"Təbii ki, onlar rəsmi məqsədlər üçün istifadə edilmir. Və kateqoriyalı söhbətlər, kateqoriyalara aid materiallar smartfonlardan göndərilmir", - Peskov bildirib.


Baxış sayı: 60


Bölməyə aid digər xəbərlər