Bütün xəbərlər
Jurnalist poçtla göndərilən fleş kartın partlaması nəticəsində yaralanıb
Tarix: 20-03-2023 23:48 | Bölmə: Karusel


Ekvador hüquq-mühafizə orqanlarının əməkdaşları yerli media ünvanlarına partlayıcı qurğular olan poçt göndərilməsi ilə bağlı ən azı iki hadisəni araşdırır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Ekvadorun "Ecuavisa" telekanalının jurnalisti Lenin Artieda ona poçtla zərfdə göndərilən əşyanın partlaması nəticəsində yüngül xəsarətlər alıb. Bu barədə bazar ertəsi RİA Novosti məlumat yayıb. İlkin məlumata görə, zərfdə heksogenlə doldurulmuş fleş kart olub. Ekvador prokurorları araşdırmaya başlayıb.
Oxşar paket "TC Televisión" dövlət telekanalına da göndərilib. Ekvador mətbuatının məlumatına görə, ikinci zərf bir neçə dəfə əl dəyişdirsə də, partlamayıb. Ehtimallara görə, partlayıcı qurğu kompüterə qoşulduqdan sonra işə salınıb.
Daha sonra "Teleamazonas" telekanalının ünvanına təhlükəli məzmunlu zərfin də göndərildiyi barədə məlumat yayılıb. Təhlükəli bağlamalar göndərən cinayətkarlar axtarılır.


Baxış sayı: 66


Bölməyə aid digər xəbərlər