Bütün xəbərlər
Messinin yerinə "Paris Saint-Germain" klubu "Napoli"nin lideri Xviçanı almağa hazırlaşır?
Tarix: 20-03-2023 23:47 | Bölmə: Karusel



"Napoli"nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya "Paris Saint-Germain" klubunun hədəfindədir. Fransa çempionu Gürcüstan millisinin oyunçusu uğrunda mübarizə aparmağa hazırdır.
"Paris Sen-Jermen" yayda 23 yaşlı futbolçunu almağa çalışacaq. Lakin Xviçanın satışı "Napoli"nin planlarına daxil deyil.
“Sport-Ekspress”in məlumatına görə, parislilər Kvaratsxeliya üçün 180 milyon avro ödəməyə hazırdır. Xviçanın "Napoli" ilə 2027-ci ilin yayına qədər müqaviləsi var. Bu mövsüm o, neapolluların heyətində 14 qol vurub və 16 məhsuldar ötürmə verib.
Amma Xviça Kvaratsxeliya alınarsa, "Paris Saint-Germain" yüksək maaşlı oyunçulardan biri ilə ayrılmalı olacaq. Onların arasında Lionel Messinin də olması mümkündür. PSJ ilə müqaviləsi yayda başa çatan argentinalı yeni müqavilə imzalamağa tələsmir.


Baxış sayı: 68


Bölməyə aid digər xəbərlər