Bütün xəbərlər
Junior Korneeva Pretoriyada keçirilən ITF turnirinin qalibi olub
Tarix: 19-03-2023 21:54 | Bölmə: Karusel


Yanvarda Melburnda keçirilən Gənclər arasında Böyük Dəbilqə yarışlarının qalibi olan rusiyalı gənc tennisçi Alina Korneeva Cənubi Afrika Respublikasında keçirilən ITF turnirinin çempionu adını qazanıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Beynəlxalq Tennis Federasiyasının Pretoriyada keçirilən mükafat fondu 60 min dollar olan turniri 15 yaşlı rusiyalı Alina Korneevanın qələbəsi ilə başa çatıb. O, həlledici görüşdə dünyanın keçmiş 25-ci raketkası, hazırda WTA-da 376-cı pillədə qərarlaşan macar Timea Babosu məğlub edib - 6:3, 7:6 (7:3).
Korneeva üçün bu, yeniyetmələr arasında "Avstraliya Açıq-2023"-də qalib gəldikdən sonra onun başlanğıc böyüklər karyerasında ən böyük tituldur. İndi tennisçimiz reytinqin 350-ci pilləsinə yüksələcək.


Baxış sayı: 89


Bölməyə aid digər xəbərlər