Bütün xəbərlər
Gömrükçü idmançımız 2-ci dəfə dünya rekorduna imza atıb
Tarix: 19-03-2023 02:25 | Bölmə: Karusel

Misir Ərəb Respublikasının Hurghada şəhərində "Pauerliftinq" idman növü üzrə dünya çempionatında Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyinin əməkdaşı Ramin Süleymanzadə qızıl medal qazanıb və dünya rekordunu 2-ci dəfə təzələyib.
Bu barədə Sabaha-inamla.az-a Dövlət Gömrük Komitəsindən bildiriblər.
Qeyd ediblər ki, 60 kq çəkidə yarışlarda iştirak edən Ramin Süleymanzadə "Pauerliftinq" idman növünün "Squat" hərəkətində 190 kq, "Benchpress" hərəkətində 120 kq və "Deadlift" hərəkətində 220 kq qaldıraraq yeni dünya rekorduna imza atıb. Həmçinin idmançımız 3 hərəkətin cəmində 530 kq toplayaraq yeni dünya rekorduna adını yazdırıb.
Qeyd edək ki, Ramin Süleymanzadə Vətən müharibəsinin iştirakçısıdır.






Baxış sayı: 105


Bölməyə aid digər xəbərlər