Bütün xəbərlər
"Soçi"nin iki futbolçusu oyunöncəsi ı zədələnib
Tarix: 18-03-2023 23:45 | Bölmə: Karusel


Voronejdə futbol üzrə Rusiya çempionatının 20-ci turunun “Fakel” – “Soçi” matçına start verilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, görüş başlamazdan əvvəl qonaqlar start heyətin iki futbolçusunu itirib.
Soçinin baş məşqçisi Qurban Berdıyev start heyətində düzəlişlər etməli olub. Oyunöncəsi isinmə hərəkəti zamanı birdən iki futbolçu zədələnib.
Əvvəlcə cənubluların qapılarını Soslan Djanayev, müdafiənin sol cinahında isə Vanya Drkusiç oynamalı idi. Amma isinmə hərəkətlərindən sonra məlum oldu ki, hər ikisi meydana daxil ola bilməyəcək.
Nəticədə qapıda yerini Denis Adamov, Artem Meşçaninov isə sol cinah müdafiəçisi mövqeyini tutub.


Baxış sayı: 84


Bölməyə aid digər xəbərlər