Bütün xəbərlər
Kayakçı Niskanen Falun Dünya Kuboku yarışında qalib gəldi
Tarix: 17-03-2023 21:13 | Bölmə: Karusel


Falunda Dünya Kubokunun 13-cü mərhələsində qadınların yarışı klassik üslubda başa çatıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Finlandiyalı xizəkçi Kerttu Niskanen qalib gəlib. O, on kilometr məsafəni 27 dəqiqə 08,5 saniyəyə qət edib.
Almaniyalı Katarina Henniq Niskanendən 15,9 saniyə geri qalaraq ikinci olub. İlk üçlüyü norveçli Anne Kjersti Kalvo (+22,3 saniyə) qapayıb.
Ukraynada baş verən hadisələrə görə beynəlxalq yarışlardan kənarlaşdırılan Rusiya və Belarus idmançıları xizək qaçışı üzrə Dünya Kubokunda iştirak etmirlər.


Baxış sayı: 86


Bölməyə aid digər xəbərlər