Bütün xəbərlər
Aksyonov himni səsləndirməyənlərin vətəndaşlıqdan məhrum edilməsini təklif edib
Tarix: 16-03-2023 12:43 | Bölmə: Karusel


Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Krımın rəhbəri Sergey Aksyonov hesab edir ki, Rusiya himninin ifası zamanı ayağa qalxmaq istəməyən rusları vətəndaşlıqdan məhrum etmək lazımdır.
“Ayağa qalxmırsansa, dövlətin rəmzlərinə - bayrağına, himninə hörmət etmirsənsə, vətəndaşlıq nəyə lazımdır? - Aksyonov “Krım 24” telekanalının efirində bildirib ki, ölkə sakinləri böyük rus xalqına mənsub olduqlarını fəxrlə hiss etməlidirlər.
Onun sözlərinə görə, belə hallarda vətəndaşlıqdan məhrumetmə qərarı məhkəmə tərəfindən verilə bilər.
Martın 16-da Krım Rusiyanın tərkibinə daxil olmaq üzrə referendumun doqquzuncu ildönümünü qeyd edir.


Baxış sayı: 81


Bölməyə aid digər xəbərlər