Bütün xəbərlər
Akron "Lokomotiv"i kuboksuz qoydu
Tarix: 14-03-2023 22:04 | Bölmə: Karusel


Jiqulevskdə Akron Tolyatti ilə Moskvanın "Lokomotiv" komandaları arasında Rusiya kubokunun "Regionlar yolu"nun 1/4 final matçı başa çatıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, oyunun əsas vaxtı 1:1 hesabı ilə heç-heçə başa çatıb. Penaltilər seriyasında isə meydan sahibləri daha güclü oldu.
Birinci hissənin 14-cü dəqiqəsində Sergey Makarov Akronu hesabda irəli çıxarıb. "Dəmiryolçular" 75-ci dəqiqədə Fransua Kamanonun səyi ilə əvəz qolu vurdu. Penaltilər seriyasında meydan sahibləri 7:6 hesabı ilə qalib gəlib.
“Lokomotiv” Rusiya kubokunda çıxışını başa vurub.


Baxış sayı: 90


Bölməyə aid digər xəbərlər