Bütün xəbərlər
Melitopolda güclü partlayış baş verib
Tarix: 14-03-2023 20:10 | Bölmə: Karusel

Melitopol sakinləri güclü partlayış barədə məlumat veriblər, bundan sonra şəhərin kənarında qara tüstü sütunu qalxıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, partlayışla bağlı məlumatı Zaporojye vilayətinin fövqəladə hallar xidməti təsdiqləyib.
“Biz Rusiya iləyik” hərəkatının sədri Vladimir Roqovun izah etdiyi kimi, hadisə saat 18:40 radələrində Kirov küçəsindəki bazar ərazisində baş verib. İlkin məlumata görə, avtomobil evin həyətində partlayıb.
Partlayışın hansı səbəbdən baş verdiyi açıqlanmır.


Baxış sayı: 86


Bölməyə aid digər xəbərlər