Bütün xəbərlər
41 yaşlı "Formula 1" sürücüsü Alonso mövsümün qalibi olmaq niyyətindədir
Tarix: 13-03-2023 22:26 | Bölmə: Karusel


Aston Martin komandasının ispaniyalı pilotu Fernando Alonso "Formula 1"-in cari mövsümü üçün hədəflərindən danışıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 41 yaşlı ispaniyalı çempion titulunu qazanmaq niyyətində olduğunu açıqlayıb.
Mövsümün start mərhələsinin - Bəhreyn "Qran Pri"sinin nəticələrinə görə, Alonso üçüncü yerdə qərarlaşıb. Bu podium onun üçün “Royal Races”də karyerasında 99-cu olub. Onun hesabında 32 qələbə var.
Mövsüm üçün hədəfləri ilə bağlı suala cavab olaraq, o, "100-cü podium? 33-cü qələbə? Bütün diqqətimi çempionluğu qazanmağa yönəltmişəm", - deyə, qısaca yekunlaşdırıb."Canal+"
Xatırladaq ki, cari mövsüm Alonso üçün idman karyerasında 20-ci olub ki, bu da rekorddur. Ümumilikdə onun Formula 1-də iki qələbəsi var.


Baxış sayı: 95


Bölməyə aid digər xəbərlər