Bütün xəbərlər
Astarada qadın meyiti tapılıb
Tarix: 13-03-2023 15:19 | Bölmə: Karusel


Baş Prokurorluqdan Sabaha-inamla.az-ın sorğusuna cavab olaraq bildiriblər ki, Astara rayonunun Maşxan kəndində üzərində xəsarətlər olan qadın meyitnin aşkar olunması barədə məlumat daxil olub.
İlkin araşdırma zamanı zərərçəkmiş şəxsin 1993-cü il təvəllüdlü Gülşən Qəhrəmanova olması müəyyən edilib.
Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.
Təfərrüatlar barədə əlavə məlumat veriləcək.

Sabaha-inamla.az



Baxış sayı: 144


Bölməyə aid digər xəbərlər