Bütün xəbərlər
London Premyer Liqa derbisində "Arsenal" "Fulhem"i məğlub edib
Tarix: 12-03-2023 20:24 | Bölmə: Karusel


İngiltərə Premyer Liqasının 27-ci turu çərçivəsində keçirilən London derbisində “Arsenal” futbol klubu “Fulhem” üzərində inamlı qələbə qazanıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “topçular” yay sakinlərinin qapısına üç cavabsız qol göndərib.
“Kreyven Kottej” stadionunda keçirilən görüş 3:0 hesabı ilə “Arsenal”ın xeyrinə başa çatıb. Mikel Artetanın yetirmələri iki dəfə fərqlənən Qabriel Maqalhansın, eləcə də Martin Odeqaardın qolları sayəsində rəqiblərinə qalib gəlib.
Maraqlıdır ki, Leandro Trossard "Fulhem"in hər üç qolunda iştirak edib. O, komanda yoldaşlarına üç məhsuldar ötürmə edib. Beləliklə, məhz belçikalı hücumçu “qol+ötürmə” sistemində matçın ən məhsuldar oyunçusu olub.
Bazar günü keçirilən oyundan sonra 66 xal toplayan "Arsenal" yenə də əsas təqibçisi - "Mançester Siti"dən 5 xalla ayrılıb. "Fulhem"in 39 xalı qalıb və səkkizinci pillədə qərarlaşıb.
Paralel keçirilən görüşdə "Mançester Yunayted" "Sauthempton"la heç-heçə edib - 0:0. Maraqlıdır ki, 32-ci dəqiqədən “qırmızı şeytanlar” azlıqda çıxış edib. Kazemiro birbaşa qırmızı vərəqə alıb.



Baxış sayı: 126


Bölməyə aid digər xəbərlər