Bütün xəbərlər
“Könüllü gömrükçü” dəstəsinin üzvlərinə sertifikatlar təqdim edilib
Tarix: 11-03-2023 23:57 | Bölmə: Karusel

Martın 11-də Dövlət Gömrük Komitəsində fəaliyyətlərini başa vuran 8-ci “Könüllü gömrükçü”dəstəsinin üzvlərinə sertifikatlar təqdim edilib.
Bu barədə Sabaha-inamla.az-a Dövlət Gömrük Komitəsindən məlumat veriblər.
Qeyd olunub ki, bu məqsədlə “Könüllü gömrükçü” dəstəsinin üzvləri ilə görüşən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu gənclər siyasətinin, könüllülük hərəkatının formalaşması və inkişafına göstərilən dəstəyin gənc nəslin layiqli vətəndaş, hərtərəfli biliklərə malik olan mütəxəssis kimi yetişməsindəki rolundan danışıb.  Könüllü gömrükçülərin Dövlət Gömrük Komitəsinin müxtəlif struktur bölmələrində, eləcə də onların iqtisadi həyatda, sosial və ekoloji istiqamətlərdə fəaliyyətlərinin əhəmiyyəti vurğulanıb.
Könüllü gömrükçülər çıxış edərək gənclərin hərtərəfli inkişafına mühüm imkanlar yaradan könüllülük hərəkatının formalaşdırılmasına görə Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.
Sonda 8-ci “Könüllü gömrükçü”dəstəsinin üzvlərinə sertifikatlar təqdim edilib.









Baxış sayı: 256


Bölməyə aid digər xəbərlər