Bütün xəbərlər
"Liverpul" Premyer Liqada sonuncu komandasına uduzub
Tarix: 11-03-2023 21:50 | Bölmə: Karusel


İngiltərə çempionatının 27-ci turu çərçivəsində səfərdə "Bornmut"la qarşılaşan İngiltərə "Liverpul"unun futbolçuları məğlub olub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qalibi müəyyən etmək üçün rəqiblərə bir qol vurmaq lazım idi.
"Vitality - Dean Court" stadionunda keçirilən görüş 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Yeganə topun müəllifi 28-ci dəqiqədə topu mersisaydlıların qapısına göndərən Filip Billinq olub.
İkinci hissədə, 69-cu dəqiqədə Yurgen Kloppun yetirmələri penalti hüququ olanda hesabı bərabərləşdirmək imkanı əldə etdilər. Lakin topa yaxınlaşan Mohamed Salah status-kvonu bərpa edə bilməyib.
Nəticədə 42 xalla "Liverpul" Premyer Liqa cədvəlində 5-ci yerdə qərarlaşıb. "Bornmut" da 24 xal toplayıb və Premyer Liqanın sonuncu, 20-ci xəttini tərk edib. İndi komanda 16-cı yerdədir.



Baxış sayı: 140


Bölməyə aid digər xəbərlər