Bütün xəbərlər
Qudkov, Quriev və WWF yeni xarici agentlərdir
Tarix: 10-03-2023 23:00 | Bölmə: Karusel

Rusiya Ədliyyə Nazirliyi xarici agentlərin siyahısını genişləndirib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə idarənin saytında məlumat verilib.
Xarici agentlər siyahısına siyasətçi Gennadi Qudkov, iqtisadçı Sergey Quryev, bloger Veranika Vodvud və Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) daxil edilib.
Qeyd olunur ki, Gennadi Qudkov Rusiya hərbçiləri haqqında mənfi fikirlər səsləndirib, Ukraynanı silahla təmin etməyə çağırıb, xarici nəşrlər vasitəsilə yalan məlumatlar yayıb.
Sergey Quryev xüsusi əməliyyatın əleyhinə çıxış etdiyinə, xarici agentlərin materiallarını yaratdığına və yaydığına görə xarici agentlərin reyestrinə daxil edilib.
Veranika Vodvud xarici mənbələrdən pul alıb və açıq şəkildə Ukraynanı dəstəkləyib.
Ümumdünya Təbiət Fondu da xarici mənbələrdən dəstək alır, Rusiya hakimiyyətinin qərarlarına təsir göstərməyə çalışır, sənaye və infrastruktur layihələrinin həyata keçirilməsinə mane olur.



Baxış sayı: 131


Bölməyə aid digər xəbərlər