Bütün xəbərlər
“Orenburq”un futbolçuları öz meydanında “Soçi”ni darmadağın edib
Tarix: 10-03-2023 22:37 | Bölmə: Karusel


“Orenburq” futbol klubu Rusiya çempionatının 19-cu turu çərçivəsində səfərdə “Soçi” üzərində inamlı qələbə qazanıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Soçidəki "Fişt" stadionunda baş tutan görüş 4 qolla yadda qalıb.
Hesabı 45-ci dəqiqədə Orenburqlular açıb: Kirill Kaplenko ilk qolun müəllifi olub. Ancaq fasilədən sonra qonaqlar daha üç dəfə fərqlənərək Soçi üzərində böyükhesablı qələbə qazanıblar. Rəqibin məğlubiyyətini Matias Peres, İvan Başiç və Yuri Kovalev hazırlayıblar. Nəticə - 4:0 "Orenburq"un xeyrinə.
Qara dəniz sahilində səfər uğuru sayəsində "Orenburq" RPL cədvəlində 28 xal toplayıb və "Soçi"yə çatıb. İndi komandalar çempionatda yeddinci və səkkizinci sıraları bölüşürlər.



Baxış sayı: 134


Bölməyə aid digər xəbərlər