Bütün xəbərlər
Gürcüstanın Daxili İşlər Nazirliyi etirazçıların tələbini yerinə yetirib və bütün saxlanılanları azad edib.
Tarix: 09-03-2023 22:01 | Bölmə: Karusel


Gürcüstan Daxili İşlər Nazirliyi martın 7 və 8-də parlament binası yaxınlığında keçirilən etiraz aksiyalarında İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq saxlanılan şəxslərin hamısının sərbəst buraxıldığını bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, eyni zamanda, saxlanılanlardan bəzilərinin məhkəmə qarşısına çıxarıldığı qeyd edilir.
Gürcüstan Daxili İşlər Nazirliyi bildirir ki, aksiyada baş vermiş iğtişaşlarla bağlı cinayət işinin istintaqı davam edir. Bu cinayət işi çərçivəsində polisə basqın etməkdə və digər zorakılıq hərəkətlərində təqsirləndirilən şəxslər saxlanıla bilər.
Bu gün Tbilisinin mərkəzində yenidən genişmiqyaslı mitinq toplanıb və onun iştirakçıları hakimiyyətdən martın 7 və 8-də saxlanılan 133 nəfərin  hamısının azad edilməsini tələb ediblər.



Baxış sayı: 138


Bölməyə aid digər xəbərlər