Bütün xəbərlər
Gürcüstan polisi etirazçılara qarşı su şırnaqlarından istifadə edir
Tarix: 08-03-2023 23:35 | Bölmə: Karusel


Gürcüstanın hüquq-mühafizə orqanları parlamentin qapılarına basqın etmək istəyən etirazçılara qarşı su şırnaqlarından istifadə edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 77 nəfərin saxlanıldığı bildirilir.
Bundan əvvəl müxalifətçi siyasətçi Giorgi Varşadze ölkə hökumətindən xarici agentlərlə bağlı yeni qanun layihəsini dərhal geri götürməyi və martın 7-də saxlanılan etirazçıları azad etməyi xahiş edib. Varşadze ultimatumu yerinə yetirmək üçün bir saat vaxt verdi.
İndi müxalifət tərəfdarlarını parlament binasını simvolik insan halqası ilə mühasirəyə almağa çağırır, İnterfaks xəbər agentliyi yazır.
Xatırladaq ki, bundan əvvəl Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ilə bağlı kütləvi etirazlar baş vermişdi. Sənəd martın 7-də birinci oxunuşda qəbul edilib. Gürcüstan prezidenti Salome Zurabişvili də öz növbəsində qanun layihəsinə veto qoyacağını vəd edib.



Baxış sayı: 150


Bölməyə aid digər xəbərlər