Bütün xəbərlər
Aİ Ukraynaya silah üçün əlavə 2 milyard avro ayırır
Tarix: 08-03-2023 21:28 | Bölmə: Karusel


Əlavə 2 milyard avro Aİ-yə üzv ölkələr tərəfindən hökumətlərarası Avropa Sülh Fonduna ayrılacaq və bu fonddan Ukraynaya hərbi tədarüklər maliyyələşdiriləcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, müvafiq qərar artıq dövlətlərin daimi nümayəndələri arasında razılaşdırılıb.
"Bu qərar Aİ-nin Ukraynaya və digər tərəfdaşlara hərbi dəstək verməyə davam etdiyinə dair açıq siqnaldır", - İsveç sədrliyi tvitter hesabında yazıb.
Bundan əvvəl ABŞ Ukraynaya təxminən 400 milyon dollar məbləğində daha bir, ardıcıl 33-cü hərbi yardım paketi ayırıb. Bu barədə ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinken məlumat verib.



Baxış sayı: 135


Bölməyə aid digər xəbərlər