Bütün xəbərlər
Ukrayna pilotsuz uçan aparatı Enerqodara hücum edib
Tarix: 08-03-2023 21:21 | Bölmə: Karusel


Enerqodarda Ukraynaya məxsus pilotsuz təyyarənin sahilə hücumundan sonra yanğın baş verib, bu barədə şəhərin hərbi-mülki administrasiyasının rəhbəri Eduard Senovoz bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, drondan yandırıcı sursat atılaraq quru otları yandırıb. Yanğın tez bir zamanda şəhəri və nasos stansiyasını qidalandıran elektrik xətti boyunca dörd hektar ərazini bürüyüb. Yanğından çıxan qara tüstü yüzlərlə metr uzaqdan görünür.
Zaporojiya AES-in işinə, rəsmilərin qeyd etdiyi kimi, bu hadisə heç bir şəkildə təsir etmədi.



Baxış sayı: 139


Bölməyə aid digər xəbərlər