Bütün xəbərlər
Qahirənin şimalında sərnişin qatarı platformaya çırpılaraq relsdən çıxıb
Tarix: 07-03-2023 23:48 | Bölmə: Karusel


Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Misirin Qalub şəhərinin xilasediciləri və həkimləri çərşənbə axşamı axşam təcili olaraq sərnişin qatarı vaqonlarının relsdən çıxdığı vağzal ərazisinə yola düşüblər.
Martın 7-də axşam saatlarında Misirdə baş verən dəmir yolu qəzası barədə RİA Novosti yerli KİV-ə istinadən xəbər verir.
İlkin məlumatlara görə, Menufa gedən qatar yüksək sürətlə Qalub şəhərinin dəmir yolu stansiyasına yaxınlaşıb. Nəticədə qatar platformaya çırpılaraq relsdən çıxıb. Hadisə yerinə xilasedicilər və tibb işçiləri cəlb olunub. Zərərçəkənlər və fövqəladə vəziyyətlə bağlı məlumatlar araşdırılır.




Baxış sayı: 151


Bölməyə aid digər xəbərlər