Bütün xəbərlər
İsmayılov boks görüşündə Ştırkovu məğlub edib
Tarix: 07-03-2023 23:14 | Bölmə: Karusel


Rusiyalı qarışıq döyüş növləri üzrə döyüşçü Maqomed İsmayılov boks görüşündə həmyerlisi İvan Ştırkovu məğlub edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ağır çəki dərəcəsində döyüş Yekaterinburqda keçirilən turnirdə baş tutub.
Döyüş bütün altı raund davam edib və bölünmüş qərarla İsmayılovun qələbəsi ilə yekunlaşıb. Beləliklə, Maqomed Ştırkovu ikinci dəfə məğlub etdi. 2020-ci ildə idmançılar MMA qaydaları üzrə döyüşüblər.
Xatırladaq ki, İsmayılov MMA-da 18 qələbə qazanıb (8-i nokautla) üç məğlubiyyət və bir heç-heçə, Ştırkovun isə hesabında 22 qələbə, iki məğlubiyyət və bir heç-heçə var.



Baxış sayı: 141


Bölməyə aid digər xəbərlər