Bütün xəbərlər
Fitnes bloqeri Valeriya Çekalin və həyat yoldaş ittiham edildi
Tarix: 07-03-2023 21:49 | Bölmə: Karusel

Çərşənbə axşamı saxlanılan bloqer Valeriya Çekalina (çoxsaylı abunəçilərə Lerçek təxəllüsü ilə tanınır) xüsusilə böyük miqyasda vergidən yayınmaqda ittiham olunub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu, Moskva prokurorluğunun məlumatına görə, təxminən 300 milyon rubldan çoxdur.
İdarə aydınlaşdırıb ki, fitnes marafonları təşkil edən və öz istehsalı olan kosmetika satan Çekalina 18 ay (2020-ci ilin üçüncü rübündən 2021-ci ilin sonuna kimi) əlavə dəyər vergisini və iki il ərzində isə fərdi gəlir vergisini ödəməyib. Yalnız cərimələr olmadan vergilərin məbləği 311 milyon rublu keçib.
Lerçekin həyat yoldaşı Artem Çekalin cinayət ortağı olmaqda ittiham olunur. Həm onu, həm də həyat yoldaşını üç ilə qədər həbs gözləyir.
İlkin məlumatlara görə, çekalinlər zaminə buraxılıb.



Baxış sayı: 276


Bölməyə aid digər xəbərlər