Bütün xəbərlər
Sumqayıtda oturaq voleybol üzrə Respublika seminarı keçirilib
Tarix: 07-03-2023 12:26 | Bölmə: Karusel


Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Milli Paralimpiya Komitəsinin birgə təşkilatçılığı ilə İdman həftəsi çərçivəsində 02-03 mart 2023-cü il tarixlərində Sumqayıt Paralimpiya İdman Kompleksində oturaq voleybol üzrə Respublika seminarı keçirilib.
Gənclər və İdman Nazirliyindən Sabaha-inamla.az-a verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd “5 Mart Bədən Tərbiyəsi və İdman günü”nün qeyd edilməsi, oturaq voleybolun eyni zamanda paralimpiya proqramına daxil olan idman növlərinin ölkədə təbliği və inkişafı, təcrübəli idman mütəxəsislərin, məşqçilərinbilik və bacarıqlarının təkminləşdirilməsidir.Yığma komandanın baş məşqçisi TərlanHacızadə tərəfindən keçirilən seminarın yekunundaidman mütəxəsislərinə Gənclər və İdman Nazirliyi tərəfindən sertifikatlar təqdim olunmuşdur.
Sabaha-inamla.az







Baxış sayı: 185


Bölməyə aid digər xəbərlər