Bütün xəbərlər
Moskva Beynəlxalq Universiteti rusofobiyada şübhəli bilinir
Tarix: 06-03-2023 23:26 | Bölmə: Karusel


Moskva Beynəlxalq Universitetinin tələbələri iddia edirlər ki, onların universiteti açıq rusofobiya ilə məşğuldur.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ən çox şikayətlər jurnalistika fakültəsi tələbələrindəndir. Müəllimlər onlara Rusiyada azadlıq olmadığını söyləyir, anti-Rusiya mövqe tutan xarici agentləri nümunə kimi göstərirlər.
Jurnalistika fakültəsi arasında, məsələn, “Exo Moskvı” radiostansiyasının keçmiş əməkdaşı, hazırda xaricdə olan və uzaqdan dərs deyən Konstantin Miroşnikov da var. Başqa bir “mentor” Vladimir Suxoydur. Əvvəllər o, Rusiyanın federal kanallarından birində çalışıb - 5 il Vaşinqton ofisində olub, lakin sonra onun dünyagörüşü kəskin şəkildə dəyişib. Tələbələr onun tamamilə rusofob mövqedə olduğunu deyirlər.
Xatırladaq ki, Moskva Beynəlxalq Universiteti özəl universitetdir. Onun yaradılması haqqında saziş 1991-ci ildə Corc Buş və Mixail Qorbaçov tərəfindən imzalanıb.



Baxış sayı: 144


Bölməyə aid digər xəbərlər