Bütün xəbərlər
Ermənistan yığması ilə səfər oyununa Türkiyə millisinin azarkeşləri futbolçularına dəstək ola bilməyəcək
Tarix: 06-03-2023 23:09 | Bölmə: Karusel


2024-cü il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Ermənistan - Türkiyə matçında Türkiyədən azarkeşlər gəlib futbolçularına dəstək ola bilməyəcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qarşılaşma martın 25-də İrəvanda baş tutmalıdır.
Bu gündən onlayn bilet satışı başlayıb. Ermənistan Futbol Federasiyasının saytında yer alan xəbərə görə, UEFA-nın xüsusi qərarına əsasən, qonaq azarkeşlər matçda iştirak etməyəcəklər.
Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr yoxdur, dövlətlər arasında sərhəd 1993-cü ildən bağlıdır. Hər iki komanda Xorvatiya, Uels və Latviya komandaları ilə yanaşı, seçmə D qrupunda yer alıb.
Avropa çempionatı 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.



Baxış sayı: 148


Bölməyə aid digər xəbərlər