Bütün xəbərlər
Milonov Rusiya hökumətindən fan kartlarını ləğv etməyi xahiş edəcək
Tarix: 05-03-2023 23:49 | Bölmə: Karusel


Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Dövlət Dumasının deputatı Vitali Milonov baş nazir Mixail Mişustinə azarkeş kartlarının ləğv edilməsi xahişi ilə müraciət göndərməyi planlaşdırır.
"Xahiş edirəm, Fan ID sisteminin fəaliyyətinin ləğvi imkanını heç olmasa onun tətbiqi zamanı yaranmış kəskin ziddiyyətlər və boşluqlar aradan qaldırılana qədər nəzərdən keçirəsiniz", - Milonov bildirib.
Deputatın mətbuat xidmətindən bildiriblər ki, müraciət bazar ertəsi baş nazirə göndəriləcək. Mətndə, digər məsələlərlə yanaşı, mexanizmin özünü doğrultmadığı, texniki boşluqların və qanunvericilik ziddiyyətlərinin olduğu bildirilir. Milonov hesab edir ki, bu, kütləvi tamaşaçı idmanının inkişafına maneədir.



Baxış sayı: 142


Bölməyə aid digər xəbərlər