Bütün xəbərlər
Amerika hərbi texnikası Yunanıstan limanına çatdırılıb
Tarix: 05-03-2023 23:44 | Bölmə: Karusel

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Amerika hərbi texnikası Yunanıstanın Aleksandrupolis limanına çatdırılıb, bu barədə limanın rəhbəri Konstantinos Hadjimihail Twitter səhifəsində məlumat verib.
"Biz Avropa və Afrikada ABŞ-ın hərbi texnikası tutumları üçün rotasiya əməliyyatlarına başlayırıq" deyib.
Avadanlıq Liberty Pride nəqliyyat gəmisində gətirilib. O, Bolqarıstan və Rumıniyaya göndəriləcək. Qeyd olunur ki, nəqliyyat gəmisi təchizat və avadanlıqları yüklədikdən sonra gələn həftənin ortalarında Qara dəniz sahilinə yola düşəcək.

2021-ci ildən Aleksandrupolisdə Amerika hərbi bazası fəaliyyət göstərir.
Bundan əvvəl şəbəkədə Polşada çoxlu sayda Amerika hərbi texnikasının olduğu görüntülər yayılıb.



Baxış sayı: 220


Bölməyə aid digər xəbərlər