Bütün xəbərlər
Verstappen Bəhreyn "Qran Pri"sinin qalibi oldu
Tarix: 05-03-2023 21:22 | Bölmə: Karusel


"Formula1" üzrə Bəhreyn "Qran Pri"sinin birinci mərhələsi başa çatıb. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qələbəni hazırkı çempion Red Bull-dan Maks Ferstappen qazanıb.
2022-ci ilin çempionu Maks Ferstappen yeni "Formula1" mövsümünə qələbə ilə başlayıb. Hollandiyalı Bəhreyn "Qran Pri"sini birinci bitirib.
İlk mövqedən başlayan Red Bull-dan Maks Ferstappen liderliyi əldən vermədi və birinci mərhələnin qalibi oldu. “Red Bulls”un digər pilotu meksikalı Serxio Peres isə ikinci olub. Üçüncü yeri “Formula 1” veteranı ispaniyalı Fernando Alonso tutub. Yeddiqat dünya çempionu, Mercedes komandasının pilotu Lyuis Hemilton 5-ci yerdə qərarlaşıb.
Ümumi sıralamada Verstappen liderlik edib. Hollandiyalının 25 xalı var. Peresin 18, Alonsonun isə 15 xalı var. Növbəti mərhələ martın 17-dən 19-dək Səudiyyə Ərəbistanında keçiriləcək.



Baxış sayı: 166


Bölməyə aid digər xəbərlər