Bütün xəbərlər
“Lokomotiv” futbolunun tərcüməçisi dünyasını dəyişib
Tarix: 04-03-2023 23:57 | Bölmə: Karusel


Moskvada "Lokomotiv" klubunun tərcüməçisi Murat Sasiyev dünyasını dəyişib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Sasiyev komandasının “Rostov”la oyununda dünyasını dəyişib.
Murat Sasievin 48 yaşı var idi. Tərcüməçi ürək əməliyyatı zamanı dünyasını dəyişib.
"İndi faciəli xəbər gəldi, tərcüməçimiz Murat öldü. Komanda bundan ancaq xəbər tutdu, bu adam komandanın ruhu idi, uzun müddətdir "Lokomotiv"də işləyir. Təbii ki, bu, bizim üçün zərbə və böyük şokdur. Bütün komanda bu qələbəni ona həsr edir, biz ruhən onunla birlikdəyik”, - “Rostov”la oyundan sonra moskvalıların baş məşqçisi Mixail Qalaktionov deyib.
"48 yaşında uzun sürən xəstəlikdən sonra "Lokomotiv"in tərcüməçisi Murat Sasiyev dünyasını dəyişdi. Murat uzun illər klubda çalışdı, əsl peşəkar, öz sahəsinin mütəxəssisi idi. Bir çox futbolçu və həmkarları onu həssaslığına və mehribanlığına görə, komandanın ruhu adlandırırdılar.O, hər zaman istənilən çətin vəziyyətdə kömək etməyə hazır olub.“Lokomotiv” Futbol Klubu bu xəbərdən sarsılır, Murat İrbekoviçin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və onlara lazım olan bütün kömək və dəstəyi göstərəcəkdir. "Lokomotiv"in mətbuat xidməti rəsmi açıqlama yayıb.



Baxış sayı: 172


Bölməyə aid digər xəbərlər