Bütün xəbərlər
London Kiyevi iki dəfə çox “Challenger 2” tankı ilə təchiz edəcək
Tarix: 04-03-2023 23:23 | Bölmə: Karusel


Ukraynanın Böyük Britaniyadakı səfiri Vadim Pristayko bildirib ki, London əvvəllər söz verdiyindən iki dəfə çox “Challenger 2” tankı tədarük edəcək və AS-90 özüyeriyən haubitsaların tədarükü də artacaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Britaniya tərəfi Zelenskinin Londona səfərindən sonra Ukrayna Silahlı Qüvvələri üçün hərbi təchizatı artırmaq qərarına gəlib.
“Challenger 2” tanklarına gəlincə, bizə 14 tank vəd edilmişdi və prezident Zelenskinin səfəri nəticəsində razılıq əldə olundu ki, bu sayı ikiqat artacaq”, - deyə, Pristayko müsahibəsində öyünüb.
"İndi biz Britaniyadan 33 ədəd "AS-90" 155 mm-lik dayaq alacağıq", - səfir əlavə edib. Bundan əvvəl Londonun Kiyevi 30 belə özüyeriyən haubitsa ilə təmin edəcəyi bildirilirdi.
Böyük Britaniyada təlim keçəcək ukraynalı əsgərlərin sayı müvafiq olaraq 2,5 dəfə artacaq. TASS xatırladır ki, 2014-cü ildən bəri 25 min ukraynalı əsgər britaniyalı məsləhətçilərin rəhbərliyi altında təlim keçib.
Pristayko bu cür cəsur bəyanatlar fonunda Qərbi Ukraynanı müasir təyyarələrlə təmin etməyə inandırmaq cəhdlərinin nəticəsiz olduğunu gizlətməyib.



Baxış sayı: 136


Bölməyə aid digər xəbərlər