Bütün xəbərlər
İran MAQATE ilə yüksək səviyyədə əməkdaşlığa zəmanət verib
Tarix: 04-03-2023 22:31 | Bölmə: Karusel


İran Beynəlxalq Atom Enerjisi Agentliyini həll edilməmiş məsələləri həll etməyə hazır olduğuna əmin edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “Reuters” təşkilatın hesabatına istinadən məlumat yayıb.
MAQATE-nin baş direktoru Rafael Qrossi İran prezidenti İbrahim Rəisi, ölkənin Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami, xarici işlər naziri Hüseyn Əmir Abdullahyan ilə danışıqlar aparıb. Agentlik dialoqun ciddiliyini, eləcə də danışıqlarda müsbət ab-havanın olduğunu qeyd edib.
Fevral ayında "Bloomberg" agentliyi MAQATE müfəttişlərinin İranda 84%-ə qədər zənginləşdirilmiş uran aşkar etdiyini bildirmişdi. Bu, nüvə silahı yaratmaq üçün kifayət edən məbləğdir.
İran MAQATE-yə yoxlama və monitorinq fəaliyyətlərini həyata keçirməyə icazə verəcək. Şərtlər sonrakı müzakirələrdə razılaşdırılacaq.



Baxış sayı: 143


Bölməyə aid digər xəbərlər