Bütün xəbərlər
Medvedev Cokoviçə qalib gəlib və Dubaydakı turnirin finalında Rublevlə döyüşəcək
Tarix: 03-03-2023 21:59 | Bölmə: Karusel


Dubayda keçirilən tennis turnirinin finalçıları müəyyənləşib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, həlledici görüşdə iki rusiyalı tennisçi Andrey Rublev və Daniil Medvedev çıxış edəcək.
Andrey Rublev almaniyalı Aleksandr Zverevə qalib gələrək finala birinci çıxıb.Onun ardınca Daniil Medvedev dünyanın 1 nömrəsi serb Novak Cokoviçə qalib gəlib.
Daniil Djkoviçə qarşı ilk seti 6:4 hesabı ilə qazanıb. İkinci oyunda da Medvedev 6:4 hesabı ilə daha güclü olub. Qarşılaşma 1 saat 35 dəqiqə davam edib.
Beləliklə, ATP 500 turnirində Rusiya finalı olacaq. Andrey Rublev titulunu Daniil Medvedevə qarşı qoruyacaq. Rəqiblər dünya reytinqində müvafiq olaraq altıncı və yeddinci yerləri tuturlar.



Baxış sayı: 135


Bölməyə aid digər xəbərlər