Bütün xəbərlər
Honq-Konqun turizm bölgəsində göydələn yanıb
Tarix: 02-03-2023 23:33 | Bölmə: Karusel


Honq-Konqda tikintisi başa çatmamış hündürmərtəbəli binada başlayan yanğının söndürülməsinə aviasiya cəlb edilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə şahidləri yanan binanın təsirli görüntülərini internetdə paylaşırlar.
“RİA Novosti” agentliyinin yerli KİV-ə istinadən verdiyi ilkin məlumatlara görə, Honq-Konqda göydələnin yuxarı mərtəbələrində baş verən böyük yanğın bir neçə mərtəbənin perimetri ətrafında quraşdırılmış bambukdan tikilmiş iskalaların alovu ilə başlayıb.
Yanğının dəqiq nədən baş verdiyi hələlik məlum deyil. Vəziyyətin təhlükəsi həm də ondan ibarətdir ki, yanan binanın yanında yaşayış binaları, otel və ticarət mərkəzləri var.
Hazırda iki zərərçəkən məlumdur, onların xəsarət alma şəraiti araşdırılır. Yanğınsöndürmə briqadalarından başqa, iki təyyarə də söndürülməyə cəlb edilib. Hadisənin təfərrüatları dəqiqləşdirilir.



Baxış sayı: 135


Bölməyə aid digər xəbərlər